Danilov: Baxmutun bir hissəsi nəzarətimizdədir
    • 23-05-2023, 21:24
    • 291

Danilov: Baxmutun bir hissəsi nəzarətimizdədir

Ukraynalı hərbçilər hələ də Donetsk vilayətinin Baxmut şəhərinin müəyyən hissəsinə nəzarət edirlər.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Əgər onlar (ruslar - red.) Baxmutu aldıqlarını hesab edirlərsə, deyə bilərəm ki, bu, belə deyil. Bu gün Baxmutun bir hissəsi bizim nəzarətimizdədir. Hamısını deyə bilmərəm, amma Baxmutun bir hissəsi hələ də atəşimiz altındadır”, - deyə o bildirib.