Bloqer Hüseyndən xeyirxah əməl: Kuryerin arzusunu gerçəkləşdirdi
    • 16-09-2023, 13:44
    • 327

Bloqer Hüseyndən xeyirxah əməl: Kuryerin arzusunu gerçəkləşdirdi

Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov nümunəvi addım ilə gündəmə gəlib.

News24.az Yenisabah.az-a istinadən xəbər  verir ki, o, Moskvada kuryer kimi çalışan gənc oğlanın arzusunu gerçəkləşdirib.

Onunla birgə yol gedərkən Hüseyn gəncdən ən böyük arzusunun nə olduğunu soruşub. Oğlan ən böyük arzusunun valideynlərini Həcc ziyarətinə göndərmək olduğunu bildirib. Bunun üçün lazım olan 500 min rubldan 300 minini yığa bildiyini deyib.  

Daha sonra H.Həsənov  kuryerdən bank kartının nömrəsini ona göndərməsini xahiş edib. O, çatışmayan 200 min rublu (təxminən 3520 manat) kuryerin bank hesabına göndərib.