"İnter" "Milan"ı  MƏĞLUB ETDİ
    • 17-09-2023, 00:03
    • 337

"İnter" "Milan"ı  MƏĞLUB ETDİ

Futbol üzrə İtaliya çempionatının IV turunun matçında "İnter" komandası "Milan"ı 5:1 hesabı ilə darmadağın edib.

News24.az Axar.az-a istinadən  xəbər verir ki, "İnter"in heyətində qolları Henrix Mixitaryan (5-ci, 69-cu dəqiqə), Markus Türam (38), Hakan Çalhanoğlu (79, penalti) və Davide Frattesi (90+3) vurub. "Milan"ın heyətində Rafael Leau (57) fərqlənib.

Qeyd edək ki, bu görüş tarixdə 238-ci Milan derbisi olub.