Krım körpüsündə avtomobillərin hərəkəti DAYANDIRILDI
    • 17-09-2023, 21:23
    • 147

Krım körpüsündə avtomobillərin hərəkəti DAYANDIRILDI

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə “CRIMEA BRIDGE” teleqram kanalı məlumat yayıb.

Qərarın səbəbi hələlik məlum deyil.

Körpüdə və yoxlama zonasında olan hər kəsdən nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmək istənilib.

Xatırladaq ki, sentyabrın 15-də nəqliyyatın hərəkəti dayandırıldıqdan 3 saat sonra Krım körpüsündən avtomobillərin keçməsinə icazə verilmişdi.