Krım körpüsü yenidən bağlandı
    • 22-07-2023, 12:25
    • 246

Krım körpüsü yenidən bağlandı

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. 

News24.az TASS-a istinadən xəbər verir ki, körpüdə və yoxlama zonasında olanların hamısından sakit olmaları və nəqliyyat təhlükəsizliyi işçilərinin göstərişlərinə əməl etmələri xahiş olunub. Körpünün bağlanmasının səbəbləri açıqlanmır.

Xatırladaq ki, iyulun 17-də Krım körpüsündə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, yetkinlik yaşına çatmayan bir uşaq xəsarət alıb. Məlum olub ki, hücum Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır. İyulun 21-də isə Krım körpüsündə hərəkət bərpa olunub.

Qumral