Qaçış üzrə dünya rekordunu YENİLƏDİ
    • 18-09-2023, 01:41
    • 414

Qaçış üzrə dünya rekordunu YENİLƏDİ

Efiopiyalı atlet Qudaf Tseqay ABŞ-da keçirilən Brilyant Liqasının finalında 5000 metr məsafəyə qaçışda qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki,Tseqay məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək yarışların qalibi olub. Bundan əvvəlki dünya rekordu keniyalı Faith Kipyeqona (14 dəqiqə 5,20 saniyə) məxsus idi və iyunun 9-da qeydə alınmışdı.

Qudaf Tseqayın 26 yaşı var. O, 5000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il isə idmançı 10 000 metr, keçən il isə 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.