Astarada sel körpüləri dağıtdı - Ailələr təxliyə olundu
    • 18-09-2023, 14:34
    • 408

Astarada sel körpüləri dağıtdı - Ailələr təxliyə olundu

Astara rayonunda sellə əlaqədar 40-a yaxın ailə evlərindən təxliyə olunub.

News24.az xəbər verir ki, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub. Subasmaya daha çox qəsəbənin Qurtuluş, Azadlıq, Sahib Kələntərov, Şəhid Baba Qasımov və Bəxtiyar Əliyev küçələrindəki həyətlər məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilaesediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür. Bu səbəbdən həyətlərdəki suyun səviyyəsi getdikcə azalır.