Ankarada güclü yağış nəticəsində küçələri su basdı -FOTO
    • 7-06-2022, 17:13
    • 301

Ankarada güclü yağış nəticəsində küçələri su basdı -FOTO

Türkiyənin paytaxtı Ankarada güclü yağış nəticəsində küçələri su basıb.

News24.az “NTV”yə istinadən xəbər verir ki, bir neçə maşın su altında qalıb.

Həmçinin bəzi mağaza və evləri su basıb. Yağış səbəbindən hərəkət edə bilməyən bir avtobusdan sərnişinləri təxliyə etmək üçün xilasedicilər çağırılıb.

Paytaxtın başqa bir hissəsində isə yağış suları “Fetih Anadolu Lisesi” təhsil müəssisəsinin birinci mərtəbəsinə dolub və burada suyun səviyyəsi 1 metrə qədər yüksəlib. Burada da şagirdlər xilasedicilərin köməkliyi ilə təxliyə edilib.