-
- 18-09-2023, 16:36
- 348
Bakıda ata oğlunu öldürdü - Məhkəmə işi
Bakı Ağır Cinayətlər məhkəməsində paytaxtda ğlunu öldürməkdə ittiham olunan Ramiz İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, aprelin 7-də yaşadığı ünvanda Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, K. İsrafilovun atası, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.
İlkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Samir Əli