Bu gün 72 yaşı tamam olan Novruz Məmmədov Milli Məclisdə hesabat verir
    • 15-03-2019, 12:28
    • 964

Bu gün 72 yaşı tamam olan Novruz Məmmədov Milli Məclisdə hesabat verir

Baş nazir Novruz Məmmədov hazırda Milli Məclisdə hesabat verir.

News24.Az
xəbər verir ki, hazırda Milli Məclisin növbəti plenar iclası başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə yalnız bir məsələ - Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat daxildir. Oqtay Əsədov Novruz Məmmədovu ad günü münasibəti ilə təbrik edib.

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

News24.Az ailəsi hörmətli Novruz Məmmədovu ad günü münasibətilə təbrik edir!

News24.Az