Novruz Məmmədov kollektivə təqdim olundu
    • 20-11-2019, 11:37
    • 960

Novruz Məmmədov kollektivə təqdim olundu

Azərbaycan Dillər Universitetinin (ADU) yeni prorektoru Novruz Məmmədov kollektivə təqdim olunub.

N.Məmmədovu ADU-nun rektoru Kamal Abdulla kollektivə təqdim edib.

Qeyd edək ki, N.Məmmədov dünən Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. O, 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikasının Baş naziri olub. /azvision/