2 erməni zabit - həbs edildi

2 erməni zabit - həbs edildi Dünya

Ermənistan Müdafiə Nazirliyinin 2 əməkdaşı həbs edilib. 

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. 

Bildirilib ki, zabitlər qanunsuz olaraq ordudan möhlət və təlim-məşq toplanışlarında iştirakdan azad olunma üçün rüşvət aldıqlarına görə həbs edilib. 

Hazırda araşdırmalar davam etdirilir.