-
- 18-09-2023, 18:17
- 260
Putin rublla bağlı təcili göstəriş verdi
Rusiya prezidenti Vladimir Putin 2024-2026-cı illər üçün federal büdcə layihəsinə dair iclasda hökumətə və Mərkəzi Banka rublun məzənnəsini gücləndirmək üçün tədbirlər görməyi tapşırıb.
News24.az bu barədə TASS-a istinadla xəbər verir.
“İndi əsas problemlərdən biri inflyasiyanın sürətlənməsi ilə bağlıdır, burada əsas amil aydındır - rublun zəifləməsi”, - Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, vaxtında, ləngimədən müvafiq qərarlar qəbul etmək üçün milli valyutanın zəifləməsinin səbəblərini aydın başa düşmək lazımdır.
“Əminəm ki, hökumət və Mərkəzi Bank peşəkarcasına və ən əsası koordinasiyalı şəkildə işləyəcək”, - Rusiya dövlət başçısı bildirib.
Akqabay