Putin bəzi səlahiyyətlərini Dövlət Dumasına təhvil vermək istəyir - KİV
    • 15-01-2020, 15:50
    • 1 149

Putin bəzi səlahiyyətlərini Dövlət Dumasına təhvil vermək istəyir - KİV

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə Rusiya Baş Nazirinin namizədliyini təsdiqləmək hüququnun Rusiya Dövlət Dumasına verilməsini təklif edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Həmçinin, Rusiya Federasiyasının prezidenti parlamentin hökumət başçısının təklifi ilə bütün baş nazir müavinlərini və federal nazirləri təsdiq edəcək.

Hazırda hökumətin tərkibini təkbaşına təsdiqləyən Rusiya prezidentinin parlament tərəfindən razılaşdırılmış namizədləri rədd etmək hüququ olmayacaq.

Putin, eyni zamanda, Vladimir Putin prezidentin etimadını itirərsə və ya vəzifələrini lazımınca yerinə yetirmədikləri təqdirdə baş nazirin, müavinlərinin və digər nazirlərin vəzifəsindən kənarlaşdırılması hüququnu özündə saxladığını bildirib. 

O, həmçinin bildirib ki, prezident Silahlı Qüvvələrə və güc strukturlarına rəhbərlik etmək hüququ ona aiddir.