Putin təcili tapşırıq verdi-
    • 29-04-2020, 00:14
    • 665

Putin təcili tapşırıq verdi- "Bir həftə ərzində..."

Rusiya Prezidenti Vladimir Putin mayın 12-dən etibarən bölgələrdə koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvinə dair tövsiyələr hazırlamağı tapşırıb. 

News24.az xəbər verir ki, həmin müddətə qədər Rusiyada qeyri-iş günləri olacaq. 

Putin həmçinin vətəndaşların gəlirləri və iqtisadi artmı bərpa etmək üçün genişmiqyaslı milli plan hazırlamaq haqda da göstəriş verib.

"Hökümətə, "Rospotrebnadzor"a bir həftə ərzində Dövlət Şurasının işçi qrupu ilə birgə mayın 5-nə qədər tövsiyələri, ardıcıl addımlar üçün meyarları, parametrləri hazırlamağı, maydın 12-dən başlayaraq, karantin rejimindən mərhələli çıxmağı tapşırıram", - Putin deyib.

O, mövcud epidemioloji vəziyyəti və proqnozu nəzərə almağın lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bölgələrdə vəziyyətə uyğun müstəqil qərarlar qəbul etmək üçün bölgələrdə "manevr imkanları" saxlanılmalıdır. Putin qubernatorların yalnız karantin rejimini götürmək deyil, zəruri hallarda məhdudiyyət rejimini gücləndirmək imkanına sahib olacağını da deyib.