“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarılıb
    • 18-09-2023, 21:24
    • 348

“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Klubun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VİP biletlərin qiyməti isə 200 manatdır.

Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.