Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır
    • 19-09-2023, 12:37
    • 582

Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır

Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb.

News24.az-a verilən məlumata görə, həlak olan polis əməkdaşlarından biri - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu "XəzərXəbər"in aparıcı redaktoru Azər Teymurlunun qaynıdır.

Bu baradə jurnalistin özü məlumat verib. Qeyd olunub ki, şəhidin nəşi vida üçün hazırda Sumqayıt şəhərinə gətirilir.

Məlumat üçün bildirək ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.