Astarada yolda torpaq uçqunu oldu, körpü dağıldı
    • 19-09-2023, 13:03
    • 206

Astarada yolda torpaq uçqunu oldu, körpü dağıldı

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

News24.az APA-ya istinadən xəbər verir ki, Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.

Qeyd edək ki, ötən gün Astara rayonunun Vaqo kəndində sel sularının dağıtdığı, Pensər - Asxanəkəran-Toradi yolunu birləşdirən körpüdə təmir işlərinə başlanılıb.