-
- 19-09-2023, 18:07
- 600
DTX, DİN, DSX, Baş Prokurorluğun - Birgə BRİFİNQİ - YENİLƏNDİ
Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minanın partlaması ilə törədilən terror aktı və Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib.
News24.az xəbər verir ki, brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak ediblər.
Brifinqdə ermənilərin törətdiyi terror aktı ilə bağlı məlumat verilib.
DTX-nin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov sentyabrın 19-da Xocavənddə baş verən terror aktını xatırladaraq bildirib ki, erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqazidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.
Brifinqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vurğulayıb ki, cinayət törədən şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar. Onun sözlərinə görə, cinayət işləri ilə bağlı müvafiq qurumların peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır.
DSX-nin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov isə əlavə edib ki, hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
"Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədar DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - deyə o vurğulayıb.
xxx
17:13
Qarabağda lokal antiterror tədbirlərinin başlaması ilə bağlı 4 qurum birgə brifinq keçirir.
News24.az xəbər verir ki, brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak edir.
RTV brifinqi canlı təqdim edir: