Azercell-dən Novruz hədiyyəsi!
    • 15-03-2019, 14:45
    • 1 204

Azercell-dən Novruz hədiyyəsi!

Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC abunəçilərini Novruz Bayramı ərəfəsində sevindirməyə davam edir. 

News24.az xəbər verir ki, Azercell müştərilərinə bayram əhval-ruhhiyəsi bəxş etmək üçün musiqi sevərlərə xüsusi kampaniya təqdim edir.

Azercell mart ayının 15-dən aprel ayının 15-nə kimi hər 1GB, 5GB, 10GB, 50 GB (Limitsiz internet) həcmində aylıq mobil interneti paketi sifariş edən və ya  GəncOl5, GəncOl8, Hədsiz, Hədsiz İnternet tarif paketlərinindən birini  aktiv edən abunəçilərinə ZVUK-dan (onlayn musiqi tətbiqi) 30 günlük pulsuz abunəlik hədiyyə təqdim ediləcək.

40 milyondan artıq musiqi parçasını smartfona daşıyan Zvuk xidməti, istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Kampaniya çərçivəsində xidmətdən istifadə etmək üçün,  “Zvuk” mobil tətbiqini Google Play (Android) və ya App Store (iPhone) platformalarından yükləmək kifayətdir.