Füzulidə qəzada həlak olduğu bildirilən POLİS SAĞ İMİŞ -FOTO
    • 19-09-2023, 22:13
    • 917

Füzulidə qəzada həlak olduğu bildirilən POLİS SAĞ İMİŞ -FOTO

Bu gün Füzulidə baş verən qəzada həlak olduğu bildirilən polis əməkdaşı Həsənov Elşən Mehman oğlunun sağ olduğu müəyyənləşib.

News24.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.

Qeyd edək ki, daha öncəki məlumatda,  sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partladığı törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlunun hadisə yerində həlak olduğu bildirilmişdi.