Polis Ələsgər Əsgərovun nəşi Naxçıvana gətirildi - VİDEO
    • 20-09-2023, 07:33
    • 151

Polis Ələsgər Əsgərovun nəşi Naxçıvana gətirildi - VİDEO

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib.

RTV xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

Görüntüləri təqdim edirik: