-
- 20-09-2023, 10:37
- 187
DİN-ə vətəndaşlar tərəfindən daxil olan müraciətlər nikbin xarakterlidir
“Əvvəlki dövrlərdən fərqli olaraq DİN-ə vətəndaşlar tərəfindən daxil olan müraciətlər nikbin xarakterlidir”.
News24.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
“Xalqımız Azərbaycan dövlətinin yanında olduğunu, antiterror tədbirlərini dəstəklədiklərini bildirirlər. Azərbaycan cəmiyyətində dövlətin, hərbi qulluqçuların, polisə mövqeyi ifadə olunur”, - DİN rəsmisi əlavə edib.
O bildirib ki, dezinformasiya yayan 10-a yaxın şəxs Daxili İşlər Nazirliyinə çağırılaraq profilaktik söhbətlər aparılıb.
Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə dezinformasiya xarakterli məlumatlar yayır və bununla vətəndaşlar arasında nikbinlik yaratmağa çalışırlar: "Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, qarşı tərəfin yaydığı qeyri-ciddi xəbərlərə aldanmasınlar. Birmənalı şəkildə bilinməlidir ki, Qarabağ bölgəsində qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirləri görülür. Hələ ki ciddi bir siqnal bizə daxil olmayıb".
Aydan