Polis Xəzər Namazov dəfn edildi - VİDEO
    • 20-09-2023, 10:59
    • 580

Polis Xəzər Namazov dəfn edildi - VİDEO

Ötən gecə Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə həlak olan 7 polis əməkdaşından olan Zamanov Xəzər dəfn edilib. 

News24.az xəbər verir ki, dəfn mərasimində polis serjantının ailə üzvləri, DİN-in əməkdaşları, Nizami rayonu İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. 

Xatırladaq ki, Gecə saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları Camalzadə Asim, Şirinov Ramil, Zamanov Xəzər hadisə yerində həlak olub.

Qumral