Polis serjantı Naxçıvanda DƏFN EDİLDİ
    • 20-09-2023, 11:44
    • 523

Polis serjantı Naxçıvanda DƏFN EDİLDİ

Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov dəfn edilib.

News24.az "Report"a istinadən xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu yaylım atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhərinin Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, mərhumun qəbri üzərinə tər güllər düzülüb.