-
- 15-03-2019, 16:17
- 934
Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.
News24.Az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib.
Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub:
“Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu, eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün ümumilikdə 6 bina istismara verilir”.