-
- 20-09-2023, 17:27
- 232
Prezidentin köməkçisi: “Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir”
“Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Qarabağdakı hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu: “Ona görə də Azərbaycan ordusu məhdud, lokal anti-terror tədbirləri keçirməli oldu. Azərbaycan ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”.
Fərid Azəri