-
- 20-09-2023, 17:41
- 324
Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır - RƏSMİ
Prezident Administrasiya tərəfindən göndərilən dəvətdən, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi.
News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu, müvafiq aidiyyət qurumlarla hazırlanıb.
Fərid Azəri