“Barbar tayfanın yuvası darmadağın edildi” - Deputat
    • 20-09-2023, 18:32
    • 178

“Barbar tayfanın yuvası darmadağın edildi” - Deputat

Erməni faşistlərinə qarşı apardığımız anti-terror tədbirləri uğurla başa çatdı. Zərgər dəqiqliyilə hazırlanan əməliyyat bir daha Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkrarsız sərkərdəlik istedadını nümayiş etdirdi.

Qardaş Türkiyənin prezidenti çox dəyərli Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nin Ali tribunasında, Dünya şöhrətli prezidentimiz, milli iftixarımız İlham Əliyevsə Bakıda iblis yuvasını dağıtmaq qərarını verdilər və 24 saata 195 il parazit kimi qanımızı sovuran, məkrli planları ilə torpaqlarımızı mənimsəmək üçün bütün alçaqlıqlara əl atan barbar tayfanın yuvası darmadağın edildi. Müstəqil Azərbaycanımız bütövləşdi.10 noyabr 2020, 23 aprel 2023 tarixi Zəfərlərimizə 20 sentyabr 2023 də əlavə olundu. Zəfərimiz tam və qəti qələbə ilə başa çatdı.  

Zəfərin mübarək, Azərbaycan, Zəfərin mübarək Ulu xalqım, Zəfəriniz mübarək Zati-Aliləri, möhtərəm, cənab prezident!

Fəzail Ağamalı

Millət vəkili, Ana Vətən Partiyasının sədri