"Zəfər" gününə özəl flaşmob - Azərbaycan xəritəsi - Video
    • 1-11-2021, 15:47
    • 991

"Zəfər" gününə özəl flaşmob - Azərbaycan xəritəsi - Video

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən 8 Noyabr Zəfər Gününə həsr olunan “Zəfər günün mübarək, Azərbaycan!” adlı fləşmob keçirilib.

News24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ərazisində təşkil olunan fləşmob iki kompozisiyadan ibarət olub.

1800 nəfər gəncin və peşəkar xareoqrofların iştirakı ilə hazırlanan fləşmobda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun gücü sayəsində tarixi qələbə ilə sonlanan Vətən Müharibəsi nəticəsində bütövləşən Azərbaycanın xəritəsi və Qələbəmizin simvolu olan "Dəmir yumruq" işarəsi əks olunub.