-
- 21-09-2023, 12:07
- 283
Qohumunu güllələyib öldürən şəxsə 11 il CƏZA VERİLDİ
Gəncə Ağır Cinayətlər Məhkəməsndə Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S. Hacıyev 11 il azadlıqdan məhrum edilib.
İtthama görə, Bərdə Rayon Polis Şöbəsinə ötən il yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və qohumu İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.
Samir Əli