Bakıda 50 yaşlı tibb işçisinin meyiti tapıldı - Foto
Hadisə
Bakıda 50 yaşlı şəxs dəm qazından boğulub.
News24.az -ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Ceyhun Xeyrullazadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyitini yaxınları aşkar ediblər.
Bildirilib ki, Ceyhun tibb müəssisələrindən birində porter vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz