İranda daha bir jurnalist həbs edildi
    • 21-09-2023, 15:11
    • 219

İranda daha bir jurnalist həbs edildi

Sentyabrın 19-da Mazəndəran əyalətinin Amol şəhərində jurnalist və qrafik rəssam Şaya Şəhvəq özünün şəxsi mənzilində həbs edilib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Onun təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqdan sonra mənzilində axtarış aparıldığı, şəxsi əşyalarının götürüldüyü bildirilib.

Jurnalistin hara aparıldığı və həbs səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı hesabata görə, son bir il ərzində İranda 100 jurnalist həbs edilib.

Aynurə