Jurnalistlərə 77 il həbs cəzası verildi
    • 18-09-2023, 17:03
    • 267

Jurnalistlərə 77 il həbs cəzası verildi

İranda həbs edilən jurnalistlərin statistikası açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası bildirib. Qeyd olunub ki, Məhsa Əmini öldürüldükdən sonra İranda azı 100 jurnalist həbs edilib, onların 21-ə qarşı hökm oxunub və ümumilikdə 77 il həbs cəzası verilib. 

Məlumata görə, ötən bir ildə həbs edilən jurnalistlər ağır cəzalarla üzləşib. Bir sıra nəşrlər bağlanıb və ya lisenziyaları ləğv edilib, çox sayda jurnalist təhlükəsizlik qurumlarının təzyiqləri nəticəsində işini, evini, vətənini tərk etməyə məcbur olub.

Qeyd edək ki, 6 jurnalist hələ də həbsdədir və yaxın günlərdə məhkəmələrinin keçiriləcəyi gözlənilir.

Aynurə