Azərbaycanın dövlət büdcəsində 578 milyon manatlıq qalıq yaranıb
    • 15-03-2019, 20:49
    • 1 323

Azərbaycanın dövlət büdcəsində 578 milyon manatlıq qalıq yaranıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 532,9 milyon manat, xərcləri isə 2 954,8 milyon manat təşkil edib.

News24.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,4% və 19,6% çoxdur.
Son nəticədə büdcədə 578,1 milyon manatlıq qalıq yaranıb.