Priqojinin məzarından musiqi aləti yoxa ÇIXDI
    • 22-09-2023, 13:15
    • 258

Priqojinin məzarından musiqi aləti yoxa ÇIXDI

Priqojinin məzarından musiqi aləti yoxa çıxıb.

News24.az xəbər verir ki, bu barədə 78.ru portalı məlumat yayıb.

Poroxovski qəbiristanlığının rəhbərliyi bildirib ki, Yevgeni Priqojinin dəfn olunduğu yerdən skripka yoxa çıxıb.

“Əvvəl orada skripka var idi, indi isə yoxdur. Heç kim bizimlə əlaqə saxlamadı. Çox güman ki, adamlar gəlib skripkanı yerə geri götürüblər. Musiqi alətinin oğurlandığını deyə bilmərəm”, - administrasiya rəsmisi bildirib.

O, bildirib ki, hazırda Priqojinin məzarında videokamera quraşdırılıb və orada gecə-gündüz növbətçilik olacaq.

Aynurə