"Putin Priqojinin dəfnində iştirak etməyəcək" - Peskov
    • 29-08-2023, 14:12
    • 155

"Putin Priqojinin dəfnində iştirak etməyəcək" - Peskov

Rusiya prezidenti Vladimir Putinin iş adamı Yevgeni Priqojinin dəfn mərasimində iştirakı planlaşdırılmır. 

News24.az "TASS"a istinadən xəbər verir ki , bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Kremldə Priqojinin dəfn mərasimi ilə bağlı konkret məlumat yoxdur:

“Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”. 

Xatırladaq ki, avqustun 23-də Priqojin və üç ekipaj üzvü də daxil olmaqla daha 9 nəfərin olduğu biznes-jet Tver vilayətində qəzaya uğrayıb . Qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner”in komandiri Dmitri Utkin də olub .

Qeyd edək ki, Putin Priqojin və digər təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. 

Qumral