-
- 22-09-2023, 14:04
- 417
Ermənistanda Qarabağ sakinləri üçün 40 min yer hazırlanıb - Paşinyan
“Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər. Bu məqsədlə Ermənistanda 40 min yer hazırlanıb”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Qarabağdan Ermənistana soydaşlarımızın mümkün köçürülməsi ilə bağlı mövqeyimiz belədir. Bu, onların öz evlərində yaşamasının qeyri-mümkün olacağı müəyyən edilən zaman baş verəcək. Hazırda vəziyyət göz qabağındadır. Vəziyyət düzəlməsə, o zaman bu problem bizim gündəmimizdə olacaq. Biz müəyyən işlər görmüşük və indi Ermənistanda 40 min yer hazırlanıb”, - Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, “ermənilərin Qarabağdan köçməsi Ermənistan hökuməti üçün A planı deyil, əksinə, hər şey edilməlidir ki, onlar öz evlərində qorxusuz və təhlükəsiz yaşaya bilsinlər”.
Akqabay