Aleyna Tilki Bakıda konsert verəcək
    • 16-03-2019, 10:35
    • 1 069

Aleyna Tilki Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Aleyna Tilki Azərbaycana gəlir.

News24.Az
xəbər verir ki, Aleyna Tilki martın 23-də Bakıda olacaq. Martın 20-26 tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində keçirilən ənənəvi “Bahar qalası” festival çərçivəsində müğənninin “Qoşa Qala” meydanında konserti olacaq.