Sabiq prezident ömürlük həbs cəzasına MƏHKUM EDİLDİ - FOTO
    • 22-09-2023, 17:13
    • 472

Sabiq prezident ömürlük həbs cəzasına MƏHKUM EDİLDİ - FOTO

Mərkəzi Afrika Respublikasının mühacirətdə olan keçmiş prezidenti Fransua Bozize ölkənin paytaxtı Banqi məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, sabiq prezident üsyançı koalisiyaya rəhbərlik etdiyi üçün ittiham olunur.

Qeyd edək ki, Bozize 2003-cü ildə CAR-da hakimiyyəti ələ keçirib, lakin on ildən sonra devrilib.

Hazırda Qvineya-Bisauda yaşayır.

Aynurə