-
- 26-07-2018, 17:14
- 753
83 nəfər öldü – Dəhşətli fəlakətin yaranma səbəbi - İDDİA - FOTOLAR
News24.az xəbər verir ki, Yunanısatanın Mati əyalətində yanğından ölənlərin sayı 83 nəfərə çatıb. Yunan mediasında yayılan xəbərlərə görə, ölənlərin sayının daha çox olmaq ehtimalı var. Hazırda 60 nəfərdən artıq yaralı var.
11 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Ərazidə gecə-gündüz aparılan axtarışlara baxmayaraq, hələ də 100- dən artıq insanın tapılmadığı söylənilir.
Pendelli əyalətinin meri Dimitris Stergiyunun dediyinə görə, yanğın həmin ərazidəki Dau dağında Yunan Elektrik Təşkilatına aid elektrik xətlərinin qopması nəticəsində baş verib.
Stergiyu, radioya etdiyi açıqlamasında bunu qeyd edib. “Həmin ərazidə qopmuş halda olan elektrik xətləri vardı. İnanıram ki, yanğına elə bu səbəb olub”.
Elvin Nüsrətoğlu