Baş redaktor məhkəmə zalında həbs EDİLDİ
    • 23-09-2023, 11:26
    • 2 620

Baş redaktor məhkəmə zalında həbs EDİLDİ

Şəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. 

İttihama görə, N. Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə  pul tələb etməkdə təqsirlıəndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb.  Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub. 

Samir Əli