-
- 23-09-2023, 14:06
- 564
Köçəryanın oğluna qarşı ittiham irəli sürüldü
Ermənistanın keçmiş rəhbəri Köçəryanın oğlu dörd polis xüsusi təyinatlısını döyməkdə ittiham olunub.
News24.az "Gazeta.ru"-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev məlumat verib.
"İnternetdə yerləşdirilən çoxsaylı video kadrlardan aydın olur ki, bu, klassik yalançı danlamadır, çünki xüsusi təyinatlılar özləri maşında Levon Köçəryana işgəncə veriblər",- Koçubayev sosial şəbəkələrdən birində yazıb.
Vəkil bildirib ki, Levon Köçəryanın saxlanması siyasi kontekstə malikdir və rəsmi İrəvanın vətəndaş itaətsizliyi aktlarını yatırtmaq cəhdidir.
Aydan