Köçəryan SAXLANILDI - FOTO
    • 22-09-2023, 12:11
    • 526

Köçəryan SAXLANILDI - FOTO

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Kameralardan birində Köçəryanın polis avtomobilində bir neçə polis tərəfindən döyülməsi görüntülənib. Vətəndaşlardan biri “baxın, maşında döyürlər, əhali, çəkin” deyə qışqırıb”, - nəşr qeyd edib.

Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası məqsədi ilə kütləvi itaətsizlik aksiyalarına başladığını elan edib. Hazırda İrəvanın müxtəlif ərazilərində etiraz aksiyaları keçirilir, əsas prospekt və küçələr bağlanıb.

Akqabay