"İnsanlıq dili"ni anladıq indi növbə heyvanların dilində - YAPONLARDAN İXTİRA
    • 23-09-2023, 18:02
    • 703

"İnsanlıq dili"ni anladıq indi növbə heyvanların dilində - YAPONLARDAN İXTİRA

Yaponiyadan olan bir qrup alim iddia edib ki, süni intellekt vasitəsilə toyuğun səsindən onun dilini anlamaq mümküdür.

News24.az xəbər verir ki, gələcəyin texnologiyası kimi göstərilən və sürətli inkişafı müzakirələrə səbəb olan süni intellekt texnologiyası bu dəfə qeyri-adi sahədə istifadə olunub. 

Tokio Universitetinin professoru Adrian David Cheokun rəhbərlik etdiyi qrup, 8 heyvan psixoloqu və baytar cərrahı ilə birlikdə 80 toyuqdan gələn 200 saatlıq səsi təhlil edib. Komanda hər bir fərqli tezliyi aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və sıxıntı kimi duyğulardan biri ilə kodlayıb və əvvəlcə 100 saatlıq toyuq səslərini süni intellekt tətbiqinə yükləyib .

Daha sonra komanda süni intellektə daha 100 saat toyuq səsləri çalıb və belə nəticəyə gəlib ki, süni intellekt toyuqların emosional vəziyyətlərini 80 faizlə düzgün müəyyən edib."

Prefessor “Deep Emotional Analysis Learning” adlandırdıqları texnologiyanın mürəkkəb riyazi alqoritmlərə əsaslandığını bildirib. 

O bildirib ki, bu hələ elmi araşdırmanın başlanğıcıdır.

 

Ayşən