Ərdoğan Naxçıvana gəlir
    • 24-09-2023, 11:37
    • 324

Ərdoğan Naxçıvana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Ərdoğan səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.