Gəncədə evdə - YANĞIN OLUB

Gəncədə evdə - YANĞIN OLUB Hadisə

Gəncə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.