Məşhur mafiya başçısı VƏFAT ETDİ
    • 25-09-2023, 09:01
    • 158

Məşhur mafiya başçısı VƏFAT ETDİ

İtalyan mafiozu, "Cosa Nostra" qrupunun liderlərindən biri Messina Denaro uzun sürən xəstəlikdən sonra İtaliyanın L'Aquila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. 

Denaro 2020-ci ilin sonunda ona diaqnoz qoyulan kolon xərçənginin ağır formasından əziyyət çəkib. Bu ilin yanvarında tutularaq həbsxanaya salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub.