-
- 25-09-2023, 09:54
- 631
Dollarla bağlı şok proqnoz: "DÜNYADA QAÇILMAZ..."
“Pul kisəsində və ya bank hesabında dollar saxlayan vətəndaşlar yaxın gələcəkdə əmanətlərinin əslində “sıfıra salınması” faktı ilə üzləşə bilərlər”.
News24.az “Deita.ru”ya istinadla xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Valentin Katasonov xəbərdarlıq edib.
“Dollar “süni dəstək üzərində xəstədir”. Amerika hakimiyyəti getdikcə daha çox həcmdə likvidliyin nəzarətsiz emissiyasını dayandıran kimi, əsas dünya valyutasının bütün şişirdilmiş gücü dərhal çökəcək. Onun məzənnəsi tarixin ən aşağı məzənnəsi olacaq və bütün dollar ehtiyatları toza çevriləcək. Bu ssenarinin inkişafı artıq tamamilə qaçılmazdır. Lakin bütün dollar piramidasının dağılmasının nə vaxt başlayacağını dəqiq söyləmək mümkün deyil”, - deyə o, fikrini yekunlaşdırıb.
Bundan əlavə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto da dollarla bağlı proqnoz verib.
Onun sözlərinə görə, ABŞ dolları digər ölkələrə qarşı təzyiq vasitəsi kimi çıxış edir".
Pinto, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində dolların hegemonluğunun dağılacağını proqnozlaşdırıb və dünya ticarətində qaçılmaz bir alternativin yaranacağını deyib. Onun fikrincə, bundan sonra valyuta səbəti müsbətə doğru dəyişəcək və bütün ölkələr üçün sabitliyi təmin edəcək.
Nazirin sözlərinə görə, dünyada yeni nizamın formalaşması dolların ticarətdə əsas alət statusunu itirməsinə şərait yaradır.
"Biz bunu hər gün görürük, enerji kimi əmtəələrin getdikcə daha çox dollardan başqa valyutalarla alqı-satqısına başlanılır. Braziliya və Argentina kimi Latın Amerikasının qida gücləri ərzaq məhsullarını daha çox başqa valyutalarla ticarət edirlər" - Pinto fikrini yekunlaşdırıb.
Ayşən