Riki Martindən xristian ölkələri və mediasına irad: "Çünki o, müsəlman deyil" FOTO
    • 16-03-2019, 16:10
    • 1 106

Riki Martindən xristian ölkələri və mediasına irad: "Çünki o, müsəlman deyil" FOTO

Dünya şöhrətli müğənni Riki Martin Yeni Zelandiyada məsciddə törədilən terrorla bağlı xristian ölkələrini və mediasını tənqid edib.
 
News24.Az bildirir ki, müsəlmanlara dəstək çıxan müğənni şəxsi instagram hesabının hekayə bölümündə baş vermiş hadisə ilə bağlı bunları yazıb:
"Bir adam namaz qılan 40 dan çox insanı öldürüb, 20 nəfəri yaralayıb. Bütün beynəlxalq media onu təcavüzkar ya da radikal olaraq xarakterizə edərkən terrorist demir. Niyə? Çünki o müsəlman deyil"!